Xəbərlər
Beynəxalq paralimpiya komitəsinin rəsmi saytında paralimpiya çempionu Afaq Sultanova haqqında məqalə dərc olunmuşdur. Məqalənin tərcüməsini təqdim edirik
2013-09-12

Azərbaycanlı Afaq Sultanova cüdo idman növündən qabaq karate idman növü ilə məşğul olmuş, 13 yaşından isə cüdo idman növünə yiyələnməyə başlamışdır. Sağlamlar arasında çıxış edən Sultanova 2008-ci il gənclər arasında keçirilən Dünya və Avropa çempionatlarında qalib gələrək güclü rəqiblərdən hesab olunmağa başladı. İdmanda aldığı zədə onu görmə qüsurlu etdiyinə görə o, təqaüdə çıxmalı oldu. Həmyerlisi İlham Zəkiyevdən ilham alaraq o, məşqlərinə davam etdi. 2010-cu ilin Dünya çempionu Afaq Sultanova ,2012-ci ilin London Paralimpiya oyunlarında mübariz bir xanım kimi üzə çıxdı. BP-nin səfiri olan Afaq Sultanova öz ilk qızıl medalını Braziliya idmançısı Lucia da Silva Teixeiranı ippon fəndi ilə məğlub edərək əldə etdi. 2012-ci il London Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana həvəslənməsinin genişlənməsinə və paralimpiya dəyərlərinin yayılmasına yaxından kömək edir.

http://www.paralympic.org/news/six-judokas-make-ones-watch-list


 



Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013