Xəbərlər
Dünyada ilk dəfə olaraq AMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıldı.
2013-09-27

  27 sentyabr 2013-cü il tarixdə Sumqayıt Paralimpiya İdman Kompeksində Azərbaycan Milli Paralimpiya komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda dövlət qurumlarının, respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatlarının, səfirliklərin, ali məktəb, qeyri hökümət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. 
  İclasa rəhbərlik edən AMPK-nin prezidenti İlqar Rəhimov iclası açaraq qeyd etmişdir ki, 1996 - cı ildən ulu öndər Heydər Əliyevin xeyir duası ilə 2 idman növü ilə fəaliyyətə başlayan Paralimpiya hərəkatı, hazırki inkişaf mərhələsində 11 idman növündə yüzlərlə idmançını öz ətrafına toplamağa müvəffəq olmuşdur. 2012 - ci il XIV London Yay Paralimpiya Oyunlarında qazanılan uğurlu nəticə, 12 medalla 166 ölkə arasında 27 - ci yer, ölkəmiz üçün böyük nəticədir. Bu tarixi qələbə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə Olimpiya və Paralimpiya hərəkatının paralel və harmonik inkişafına göstərdiyi şəxsi diqqətinin və dövlət qayğısının təzahürüdür.
  Əldə olunmuş nəaliyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il XV Rio-de-Janeyro Yay Paralimpiya oyunlarına hazırlıqla əlaqadar Komitə tərəfindən "Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) Strateji Fəaliyyət Planı"nı təsdiq edilmişdir. Planda respublikanın bütün regionlarında paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə peşəkar əlil idmanının inkişafı, təşkilati idarəetmenin təkminləşdirilməsi, təbliğat, təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların seçilərək peşəkar idmana cəlb olunmaları məsələsi də öz əksini tapmışdır. Respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştirakına nail olmaqla, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması işini sürətləndirmək məqsədi ilə AMPK-nin nəzdində Paralimpiya hərəkatının yaradılması üçün AMPK-nin 01 avqust və 29 avqust 2013-cü il tarixlərində 63 və 74 nömrəli əmrləri ilə işçi qrupu yaradılmış və Tədbirlər planı təsdiq edilmişdir. 
  İclasda "AMPK-nin nəzdində Uşaq Paralimpiya Hərəkatının inkişafına dair(2013-2016-cı illər üçün) Konsepsiya"sı müzakirə edilərək təsdiq edilmişdir. AMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul etmiş, Komitənin 13 nəfərdən ibarət İdarə heyyəti təsdiq edilərək, AMPK-nin birinci vitse prezidenti Natiq Qasımov Komitənin idarə heyyətinin sədri, AMPK-nin inkişaf, informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov İdarə heyyətinin sədrinin müavini-icraçı direktor vəzifələrinə təyin edilmişdir.

  İclasda Milli Məclisin deputatı Rauf Əliyev, Milli Paralimpiya Komandasının kapitanı İlham Zəkiyev, AMPK-nın vitse prezidenti Şaiq Həmidov, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, 1ci qrup əlil İlham Məhərrəmov, Müşviq İctimai birliyinin rəhbəri Validə Abbasova, Məmmədov Aydın AGIN birliyinin sədri, "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Dadaş Quluyev, DAN ictimai birliyinin sədri Gülarə Teymurova, Odlar Yurdu universitetinin informasiya-kommnikasiya texnologiyaları üzrə prorektoru,"Elektron təlimləndirən sistemlər" layihəsinin rəhbəri Salam Əliyev, UNİCEF-in Azərbaycan nümayendəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov və Əlil dmançılara dəstək ictimai birliyin sədri Vüsalə Kərimova çıxış edərək qeyd etmişlər ki, Dünyada ilk dəfə olaraq AMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyyəsinə, paralimpiya hərəkatına olan dövlət qaygısının və Milli Paralimpiya Komitəsinin rəhbərinin paralimpiya hərəkatının sürətli inkişafına göstərdiyi diqqətin nəticəsində, Beynəlxalq təcrubədə ilk dəfə olaraq Komitənin nəzdində Uşaq Paralimpiya Hərəkatinin yaradılması tarixi hadisədir. Bu sağlamlıq imkanları məhdud uşaqlarin idmanla məşgul olmaları ilə yanaşı onların evlərdən cıxaraq abilitasiya və reabilitasiya olunaraq cəmiyyətə inteqrasiyasınını təmini deməkdir! Bu cox düşünülmüş və hümanist bir Qərardir.

  İclasın sonunda AMPK-nin Paralimpia Komandasının kapitanı ikiqat paralimpia, ikiqat Dünya, dördqat Avropa çempionu İlham Zəkiyev Uşaq Paralimpiya hərəkatına qoşulmaq istəyən ilk təşəbbüskar, qılınc oynatma idmanı ilə məşqul olmaq istəyən Bakı uşaq bərpa mərkəzində reabilitasiya keçən 14 yaşlı Əlivahid Zeynallıya və ona dəstək olmaq istəyən cüdo idmanı ilə məşğul olan  9 yaşlı Murad Məmmədova Uşaq Paralimpiya Komitəsinin yaranması mqnasibəti ilə xatirə medalı və AMPK-nin bayrağını hədiyyə edərək onlara uğurlar arzulamışdır.

AMPK-nin mətbuat xidməti. 

FOTO>>




Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013