Xəbərlər
BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan Milli Paralimpmiya Komitəsi (AMPK) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir
2013-10-08

  08 oktyabr 2013-cü il tarixdə BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan Milli Paralimpmiya Komitəsi (AMPK) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Mərasimi UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Mark Herevard açaraq bildirdi ki, Azərbaycan ilk dövlətdir ki, AMPK-nin nəzdində Uçaq Paralimpiya Komitəsi yaratmışdır. Bu münasibətlə hamını təbrik edirəm. Bu Komitənin yaradılması sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaqla yanaşı cəmiyyətə inteqrasiyasına da güclü dəstək verəcəkdir. Bü gün imzalanacaq Anlaşma Memorandumu imkan verəcəkdir ki, digər ölkələr də Azərbaycanın təcrübəsindən bəhrələnsinlər. UNİCEF Azərbaycanda Uşaq Paralimpiya hərəkatının inkişaf etdirilməsi üçün standartların və digər normativ sənədlərin hazırlanması məqsədi ilə Dünyada bu sahə üzrə ən təcrübəli mütəxəssisi dəvət etmək, idman növlərinə uyğun sağlamlıq imkanları məhdud uşaqların məlumat bazasının yaradılmasına ­­­­texniki yardım göstərmək və mütəxəssislərin uşaq paralimpiya idmanı sahəsində beynəlxalq təcrübənin öyrənilməsini öz üzərinə götürür. Bu çox  möhtəşəm bir hərəkatdır və bu hərəkata dəstək verməkdən qürur duyuruq.

  AMPK-nin prezidenti cənab İlqar Rəhimov ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradılması və inkişaf etdirilməsi sahəsində ilk olaraq dəstək üçün UNİCEF-in Memarandumun imzalanması təşəbbüsünün böyük əhəmiyyət kəsb etdiyini və bunun dəvamlı olacağına əmin olduğunu qeyd etdi. O, bildirdi ki, Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının yaradılması böyük məna daşıyır. Bu ehtiyat idmançıların hazırlanması ilə yanaşı ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların ümumi hərəkatına və sağlam həyata inteqrasiyasına və onların gələcəyi üçün böyük dəstək olacaqdır. Artıq bir sıra beynəlxalq təşkilatların rəsmi saytalrında və ölkələrin mətbuat sehifələrində Dünyada ilk dəfə olaraq  Azərbaycanda AMPK-nin nəzdində Uçaq Paralimpiya Komitəsinin yaradılması haqqında geniş məqalələr dərc edilmişdir. Sonra o, ölkəmizdə paralimpiya hərəkatının inkişafı və bu sahəyə olan dövlət qayğısı haqqında geniş məlumat verdi.

  Milli Məclisin deputatı Rauf Əliyev öz  çıxışında ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradılmasının heç də təsdüfi olmadığını qeyd edərək bildirdi ki, bu Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin və Heyder Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın idmana, paralimpiya hərəkatına və uşaqlara göstərdikləri qayğının təzahürüdür. Bu gün paralimpiyaçılar mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırır və himnimizi səsləndirirlər. Əminəm ki, bu hərəkatın yaradılması gələcəkdə güclü idmançıların yetişdirilməsinə böyük dəstək olacaqdır. UNİCEF-in Uşaq Paralimpiya Hərəkatına dəstək təşəbbüsünü yüksək qiymətləndirirəm və qeyd etmək istəyirəm ki, bu gün Anlaşma Memorandumunun imzalanması cəmiyyətə bir mesajdır və hamını bu hərəkata dəstək verməyə çağırıram.

  Milli Pralimpiya Komandasının kapitanı, ikiqat Paralimpiya, ikiqat Dünya, dördqat  Avropa çempionu İlham Zəkiyev Uşaq Paralimpiya Hərəkatının inkişafına ilk olaraq dəstək təşəbbüsü qöstərdiyinə görə UNİCEF-in Azərbaycan nümayındıliyinin rəhbəri Mark Herevarda təşəkkürünü bildirərək, ona xatirə medalını təqdim etdi.

  Sonra UNİCEF və AMPK arasında Anlaşma Memorandumu imzalandı. Anlaşma Memorandumunu  AMPK-nin prezidenti İlqar Rəhimov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzaladılar.

  Mərasimin sonunda iştirakçılar uçaq paralimpiyasında cüdo idmanı ilə məşqul olan 13 yaşlı Sərxan Sərxanovla və ona dəstək olan 9 yaşlı cüdoçu Murad Məmmədovla görüşüb, onların təəsüratlarını dinləyib və onlara uğurlar arzuladılar.

AMPK-in informasiya şöbəsi


 

         


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013