Xəbərlər
Milli Paralimpiya Komitəsində yola salma mərasimi
2013-10-14

  Bugün Milli Paralimpiya Komitəsinin baş ofisində, Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov İspaniyanın, Alekante şəhərində keçiriləcək Avropa Çempionatına yola düşəcək güllə atıcılığı idmanı üzrə milli komanda üzvlərini qəbul etmişdir. 18-25 Oktyabr 2013-cü il tarixdə İspaniyanın, Alekante şəhərində iştirak edəcək komanda üzvlərinin fiziki və psixoloji vəzyyətlərilə maraqlanan AMPK-nın prezidenti İlqar Rəhimov, onlara öz tövsiyələrin vermiş və uğurlar arzulamışdır.  

  Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə komandası Taranova Yelena, Muradov Əkbər, Məmmədov ElşadZeynalov Kamran Avropa çempionatına qatılacaqdır. Onlar öz güclərini 10-25-50 metr məsafədə sınayacaqlar.

 


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013