Xəbərlər
UNICEF Uşaq Paralimpiya hərəkatına dəstək verir
2013-11-06

Noyabırın 6-da Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov UNİCEF - in Azərbaycan nümayəndiliyi rəhbərinin müavini Raşed Mustafa və Kanadanın İdman Elmləri üzrə Fəxri professoru, UNİCEF - in beynəlxalq eksperti Kolin Higgis qəbul etmişdir. İ. Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı və bu sahəyə olan dövlət qayğısından danışaraq qeyd etmişdir ki, Paralimpiya hərəkatı yarandığı dövrdən paralimpiyaçılarımız daimə öz üzərlərində dövlət qayğısını hiss etmiş və bunun nəticəsi olaraq ölkəmizdə Paralimpiya hərəkatı  dinamik inkişaf yolu keçmişdir. O, respublikada paralimpiya hərəkatında idman növlərinin artırılması, bu sahəyə yeni idmançıların cəlb olunması və ehtiyat idmançıların hazırlanması məqsədi ilə MPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması barədə qonaqlara ətraflı məlumat vermişdir.
       R. Mustafa qeyd etmişdir ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınmaqdadır və sevindirici haldır ki, ölkədə parlimpiya hərəkatı da sürəttlə inkişaf edir. Dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin yaradılması və bunun nəticəsində sağlamlıq imkanları məhdud uşaqların paralimpiya idmanına cəlb olunması təqdirə layiq bir addımdır. UNİCEF bu nəcib işdə MPK - nə dəstək verməkdə böyük şərəf duyur və idman sahəsində böyük təcrübəsi olan beynəlxalq ekspertlərin Azərbaycana dəvəti olunmaları ölkədə Uşaq Paralimpiya hərəkatının sürətli inkişafına töhvə verəcəkdir.
       Sonra Uşaq Paralimpiya Komitəsinin icra mexanizminin qurulması və lazımı hüquqi sənədlərin hazırlanması sahəsində MPK - nin mütəxəssislərinə köməklik göstərilməsi məqsədi ilə UNİCEF tərəfindən dəvət olunmuş beynəlxalq ekspert K. Higgis qeyd etmişdir ki, Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin yaradılmasını dünya idmanı tarixində yenilik olduğunu və yaxın gələcəkdə digər ölkələr də bu sahədə Azərbaycanın əldə etdiyi təcrübədən bəhrələnəcəkdir.
       Görüş zamanı Uşaq Paralimpiya hərəkatının sürəttli inkişafı üçün görüləcək işlər geniş müzakirə olundu.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013