Xəbərlər
Uşaq Paralimpiya hərəkatının hüquqi bazası yaradılır
2013-11-08

        Xəbər verdiyimiz kimi Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılmış Uşaq Paralimpiya Komitəsinin (UPK) inkişaf etdirilməsi məqsədi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə AMPK arasında anlaşma memorandumu imzalanmışdır. Qarşılıqlı razılaşmaya əsasən UPK-nin hüquqi bozasının yaradılması məqsədi ilə Kanadanın İdman Elmləri üzrə Fəxri professoru, UNİCEF-in beynəlxalq eksperti Kolin Higgis noyabrın 4-8 tarixlərində Bakıda olmuşdur. Səfər zamanı K.Higgis AMPK-nin rəhbərliyi və mütəxəssisləri, UPK-nin İdarə heyyətinin üzvləri ilə görüşüb müzakirələr aparmış və biz sıra müəssisələrdə olmuşdur. Noyabrın 6-da UNİCEF-in ofisində ekspertin yekun təqdimatı olmuş və təqdimat ətrafında geniş müzakirələr aparılmışdır. Təqdimat mərasimində AMPK və UPK-nin nümayəndələri ilə yanaşı müvafiq QHT nümayəndələri və  bu sahəyə cəlb olunmuş işçi qrupun üzvləri iştirak etmişlər.                    
        Qeyd edək ki, cari ilin avgust ayında AMPK ehtiyat idmançıların hazırlanması məqsədi ilə Dünyada ilk dəfə olaraq öz nəzdində Uşaq Paralimpiya Komitəsi yaratmışdır.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013