Xəbərlər
AMPK-nin prezidenti İlqar Rəhimov BPK-nin ekspertini qəbul etmişdir
2013-11-09

Milli Paralimpiya Komitəsinin dəvəti ilə Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) görmə qüsurlu idmançılar üçün klassifikatoru Joze Luis Doria Bakıya gəlmişdir.     
            J.Doria səfər zamanı bu sahədə fəaliyyət göstərən həkimlərə görmə qüsurlu idmançıların tibbi klassifikasiyasının müəyyən olunması sahəsində nəzəri və praktik bilikləri öyrədəcək, Milli Paralimpiya Komitəsinin (MPK) mütxəssisləri və İdmançıları ilə görüşlər keçirəcək və bir sıra tibb müəssisələrində olacaqdır.    
            Noyabrın 8-də MPK-nin prezidenti İlqar Rəhimov J.Doriani qəbul etmişdir. Görüşdə İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatının davamlı inkişafı, Uşaq Paralimpiya hərəkatı,  bu sahəyə olan dövlət qayğısı və tibb sahəsində olan yeniliklər barədə ekspertə geniş məlumat vermişdir.        
            Sonra ekspertin səfər müddətində görəcəyi işlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013