Xəbərlər
Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələri genişlənir
2013-11-15

      Noyabrın 15 - də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Koreya Respublikasının Azərbaycan Respublikasındaki Fövqəladə və Səlahiyyətli səfiri cənab Choi Suk - inni qəbul etmişdir. İ. Rəhimov ölkəmizdə paralimpiya hərəkatının dinamik inkişafı və bu sahəyə olan dövlət qayğısı haqqında səfirə geniş məlumat vermişdir. Səfir Choi Suk - inn Şimalı Koreya Paralimpiya Komitəsi haqqında məlumat verərək Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir. Görüşzamanı hər iki ölkənin Paralimpiya Komitələri arasında əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə edilmişdir.

FOTO>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013