Xəbərlər
Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası - YENİLƏNİB
2013-11-23

23.11.2013

22 noyabr 2013-cü il tarixində Beynəlxalq Paralimpiya Komitəsinin Afinada start götümüş Baş Assambleyasında Azərbaycan Paralimpia Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun görüşləri davam edir. Beləki, Natiq QasımovMacarıstanın Paralimpiya Komitəsinin prezidenti Zsolt Gomori  ilə görüşmüşdür. Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq məsələləri haqda ətraflı söhət edərək birgə layihələrin icrası üçün növbəti ildə Azərbaycana səfər etməyi razılaşmışlar.

Əlamətdar görüşlərdən biri də BP-nin Beynəxlalq Proqramlar üzrə direktoru Seve Kyriacou ilə olmuşdur. Məlum olduğu kimi BP London 2012 Oyunları və oyunlardan sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin əsas və rəsmi tərəfdaşıdır. Seve Kyriacou AMPK ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bu əməkdaşlığın növbəti illərdə də uğurla davam edəcəyinə ümidvar olduğunu vurğulamışdır. Natiq Qasımov Azərbaycanda Paralimpiya hərəkatının genişlənməsində göstərdikləri texniki və maliyyə dəstəyinə görə BP şirkətinə, o cümlədən Kyriacou Seveyə minnətdarlığını bildirdi. Sonra növbəti il üçün nəzərdə tutulmuş fəaliyyətlər, xüsusilə Uşaq Paralimpiya hərəkatı haqda fikir mübadiləsi etmişlər. Sonda tərəflər bu əməkdaşlığa Beynəlxalq Paralimpiya Komitəsinin cəlb olunması üçün birgə iş aparmağı qərara almışlar.


22.11.2013

Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının 22-24 noyabr tarixlərində Yunanınstanın Afina şəhərində keçirilən iclasında iştirak edir.

Assambleyada BPK-nın rəhbər orqanlarında seçkilərlə yanaşı bir sıra mühüm məsələlər müzakirə ediləcəkdir. AMPK-ın birinci vitse-prezidenti Natiq Qasımov 21 noyabr tarixində BPK-ın prezidenti Ser Filip Greven və Yunanıstan Milli Paralimpiya Komitəsinin prezidenti Spiros Stavrianpolous ilə görüşmüşdür.

Görüş zamanı Natiq Qasımov London 2012 Paralimpiya Oyunlarından sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqda məlumat verərək yaxın gələcəkdə komitələrarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişdir. BPK-nın prezidenti Ser Filip Greven AMPK-nın Uşaq Paralimpiya Hərəkatının yaradılması haqda məlumatı eşitməyindən məmnun olduğunu bildirmiş və bu sahədə UNICEF, həmçinin BP-Azərbaycan şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Görüşdə Ser Grevenin 2014-cü ildə Azərbaycana səfəri müzakirə edilmişdir.

Baş Assambleya 25 noyabr tarixinədək davam edəcəkdir. Bu müddət ərzində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün Natiq Qasımovun digər MPK və Beynəlxalq Əlil İdmanı Federasiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur. 

 


23.11.2013


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013