Xəbərlər
Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə komandası Avropa çempionatında iştirak edəcəkdir
2013-11-29

   Noyabrın 29-da Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Macarıstanın Eger şəhərində keçiriləcək Avropa çempionatına yola düşəcək cüdo üzrə milli komandanın üzvlərini qəbul etmişdir.Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov və komandanın baş məşqçisi İbrahim İbrahimov komandanın üzvlərinin fiziki və psixoloji vəziyyəti barədə məlumat vermişlər.İlqar Rəhimov komanda üzvlərinə öz tövsiyyələrini verərək, onlara uğurlar arzulamışdır.
   Qeyd edək ki, Avropa çempionatında müxtəlif çəkilər üzrə 16 nəfər idmançı iştirak edəcəkdir.Onlardan beş nəfər gənc paralimpiyaçı ilk dəfə olaraq belə mötəbər yarışda iştirak edəcəklər. 

Foto >> 


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013