Xəbərlər
BP şirkəti paralimpiya hərəkatına dəstək verir
2013-12-02

    Noyabrın 29-da  Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) rəsmi tərəfdaşı BP şirkəti ilə birgə Kürdəmir Paralimpiya İdman Kompleksində Paralimpiya İdman Festivalı keçmişdir. Tədbirin əsas məqsədi əlil idmanı və Paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri Paralimpiya hərəkatının fəal üzvlərinə çevirməkdir. Nümunəvi idman və musiqili-bədii proqramdan ibarət festivalda Kürdəmir şəhərindən əsasən uşaq və gənclər iştirak etmişdir. Festivalda uşaq və gənclərə dəstək üçün Paralimpiya çempionu Oluxan Musayev və digər gənc paralimpiyaçılar da iştirak etmişlər.
    MPK-ın vitse-prezidenti Şaiq Həmidov çıxış edərək iştirakçılara Paralimpiya hərəkatının tarixçəsi və London 2012 Oyunlarından başlayan MPK-BP rəsmi tərəfdaşlığından danışdı. O, festivalın 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edildiyini vurğulayaraq insanları, xüsusilə uşaqları və gəncləri sağlamlıq imkanlarından asılı olmayaraq idmanla məşğul olmağa çağırdı.Ş.Həmidov tədbirin təşkilində göstərdikləri dəstəyə və köməyə görə BP şirkətinə,rayon icra hakimiyyətinə, gənclər və idman idarəsinə, həmçinin Kürdəmir Olimpiya İdman Kompleksinin rəhbərliyinə komitə adından təşəkkürünü bildirdi. Sonra Rayon İcra hakimiyyətinin və rayonun Gənclər və idman idarəsinin nümayəndələri çıxış edərək  rayondə əhalinin idmana və bədən tərbiyyəsinə cəlb olunmaları üçün yaradılmış  şəraitdən danışmışdılar.
    Rəsmi çıxışlardan sonra gənc idmançılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar etmişlər. Təbdirdə yerli incəsənət ustaları da müxtəlif musiqi nömrələri ilə çıxış etmişlər.
    Tədbirin sonunda Ş.Həmidov MPK adından yerli hökumət qurumlarını və Olimpiya İdman Kompleksini fəxri diplom və hədiyyələrlə təltif etdi. 

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013