Xəbərlər
Azərbaycan və Macarıstan MPK-i arasinda Memorandumun imzalanıb
2013-12-06

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun başciliq etdiyi nümayəndə heyyəti Macarıstanda səfərdədir. Səfər çərçivəsində İ.Rəhimov Macarıstan İnsan Resusları Nazirinin idman məsələləri üzrə müavini Pol Szekeres və Macarıstan Milli Paralimpiya Komitəsinin prezidenti Zsolt Gomri ilə görüşmüşdür. Görüş zamani Azərbaycan və Macarıstan Milli Paralimpiya Komitələri arasinda əməkdaşlıq sahəsində görüləcək işlər geniş müzakirə olundu. Sonra hər iki Paralimpiya Komitələri arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirildi. Memorandumu hər iki ölkənin Milli Paralimpiya Komitələrinin prezidentləri İlqar RəhimovZsolt Gomri imzaladilar. İmzalanma mərasimində Macarıstan İnsan Resusları Nazirinin idman məsələləri üzrə müavini Pol Szekers, Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov və Baş katib Afiq Süleymanov iştirak etmişlər. Sonda İ.Rəhimov yerli mətbuata müsahibə vermişdir.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013