Xəbərlər
Paralimpiyaçılar qalib oldular!
2013-12-26

    Azerisport.com saytı idman sahəsində 8 naminasiya üzrə oxucular arasında səsvermə keçirilmişdir. Səsvermənin nəticəsi olaraq İkiqat Paralimpiya, ikiqat Dünya və 5 qat Avropa çempionu İlham Zəkiyev ilin ən yaxşı idmançısı, Cüdo üzrə Azərbaycan Paralimpiya yığma komandasının baş məşqçisi İbrahim İbrahimov ilin ən yaxşı məşqçisi, Cüdo üzrə Azərbaycan Paralimpiya komandası isə ilin ən yaxşı komandası seçilmişdir. Beləliklə Paralimpiyaçlarımız səsvermədə qalib oldular. Təbrik edirik! Paralimpiyaçılarımıza səsverənlərə isə təşəkkür edirik!


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013