Xəbərlər
Azərbaycan Milli Paralimpiya Komitəsinin iclası keçirilmişdir
2014-01-17

    2014 - ci il 17 yanvar tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin (AMPK) iclası keçirilmişdir. İclasda AMPK - nin əməkdaşları, idmançılar, məşqçilər, Qeyri Hökümət Təşkilatlarının, Kütləvi İnformasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. İclası giriş sözü ilə açan AMPK - nin prezidenti İlqar Rəhimov 2013 - cü il ərzində respublikada Paralimpiya hərəkatının inkişafı və genişlənməsi, yeni idman növlərinin yaradılması, AMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsinin təsis edilməsi, beynəlxalq idman yarışlarında İdmançıların əldə etdikləri nailiyyətlər, beynəlxalq əlaqələrinin genişləndirilməsi, tərəfdaş təşkilatlarla əməkdaşlıq və paralimpiya dəyərlərinin əhaliyə çatdırılması məqsədi ilə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında iclas iştirakçılarına geniş məlumat verdi. İlqar Rəhimov qeyd etdi ki, bütün bu görülmüş işlər və əldə etdiyimiz nailiyyətlər ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyevin idmana və paraimpiya hərəkatına olan dəstək və qayğısının nəticəsidir.
    İ. Rəhimov qeyd etdi ki, ötən illərdə olduğu kimi 2013 - cü il də idmançılarımız üçün uğurlu olmuşdur. Bu ildə beynəlxalq idman yarışlarının az olmasına baxmayaraq keçirilmiş yarışlarda idmançılarımız 12 qızıl, 4 gümüş, 7 bürünc medal qazanmış, 2 nəfər idmançımız Dünya, 3 nəfər idmançımız isə Avropa rekordunu təzələmişdir. Cüdo üzrə Milli Komandamız Avropa çempionu olmuşdur. İ. Rəhimov 2013 - cü ilin ən yaxşı idmançılarının adlarını elan etmişdir:

1. Vladimir Zayets - Dünya çempionu
2. Elşən Hüseynov - Avropa çempionu, dünya rekordçusu
3. Yelena Taranova - Avropa çempionu, avropa rekordçusu
4. İlham Zəkiyev - Avropa çempionu
5. Bayram Mustafayev - Avropa çempionu
6. Ramil Qasimov - Avropa çempionu
7. Məhərrəm Əliyev - Avropa çempionu
8. Kamil Əliyev - Dünya Çempionatının ikincisi
9. Samir Nəbiyev - Dünya Çempionatının ikincisi
10. Səbinə Abdullayeva - Avropa Çempionatının ikincisi, Dünya Oyunlarının qalibi

     Sonra o, 2013 - cü ildə medal qazanmış bir qrup idmançılara və onların məşqçilərinə AMPK - nin mükafatlarını təqdim etmişdir.
İ.Rəhimov respublikada paralimpiya hərəkatını geniş işıqlandırılmasında fəal iştirak etdiklərinə görə 10 nəfər KİV nümayəndəsinə AMPK - nin Diplomunu təqdim etdi:

1. Fikrət Adıgözəlov - Azərbaycan televiziyasının şərhçisi
2. Rauf Rəcəbov - İctimai televiziyasının və radio yayımları şirkətinin səhər proqlamları departamentinin direktoru
3. Kənan Hakimov - ANS telekanalının idman şöbəsinin müdiri.
4. Xəyalə Məmmədova - CBC telekanalının  müxbiri.
5. Vüsal Qaraca - Lider televiziyasının əməkdaşı
6. Sənan Abdullayev - Xəzər televiziasının aparıcı müxbiri
7. Vüqar İmanov - TREND informasiya agentliyinin mədəniyyət şöbəsinin müdiri.
8. Jalə Sönməz - Olimpiya dünyası qəzetinin müxbiri.
9. Səxavət Quliyev - Azərbaycan dövlət teleqraf agentliyinin müxbiri.
10.  Vüqar Zeynalov - Azerisport informasiya agentliyinin müxbiri

     İclasda AMPK - nin İcraiyyə Komitəsinin üzvü, "İnkişaf Naminə İdman" ictimai birliyinin sədri Mejman Kərimov ABŞ - ın Azərbaycandaki səfirliyinin dəstəyi ilə həyata keçiriləcək "Azərbaycanda əlilliyi olan gənclərin idman təşəbbüsləri" Layihəsinin təqdimatını etdi. Sonra səfirliyin nümayəndəsi xanım Keli Kalum layihənin əhmiyyətindən danışaraq bildirdi ki, layihənin uğurla həyata keçirilməsi regionlarda paralimpiya hərəkatının genişləndirilməsi üçün çox önəmli olacaqdır.
     İclasa yekun vuran İ. Rəhimov qeyd etdi ki, AMPK - i tərəfindən təsdiq edilmiş 4 il üçün Stratejı Fəaliyyət Planında 2013 - cü il ərzində qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapmışdır. Əminliklə deyə bilərəm ki, Respublika Prezidenti cənab İlham Əliyevin paralimpiyaçılarımıza olan diqqət və qayğısı nəticəsində 2014 - cü ildə də idmançılarımız üçün uğurlu olacaq və cənab Prezidentin bizə olan etimadını doğrultmaq üçün əzmlə çalışacağıq.      

Foto Şəkillər>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013