Xəbərlər
Beynəlxalq Paralimpiya Komitesinin Prezidenti cənab Flip Greven Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimova təbrik məktubu göndərmişdir.
2014-02-07

     Möhtərəm cənab Rəhimov,

     Azərbaycan Milli Paralimpiya Komitəsinin təsis olunmasının il dönümü olmağı xəbərini eşitməyimdən çox məmnun oldum. 1996-cı ildə Milli Paralimpiya Komitəsinin yaranmasında əvəzsiz rolunuzla ölkənizdə əlilliyi olan idmançıların inkişafı üçün misilsiz töhfə vermişsiniz.
    Bu müddətdə komitənin keçdiyi yola nəzər salarkən Atlantada 2 nəfər idmançı ilə təmsil olunb və heç bir medal qazanmayan ölkəniz dörd ildən sonra Sidneydə 7 idmançı ilə təmsil olunmuşdur. Bu oyunlarda qazandığınız bürünc medal hesabında iştirakçı ölkələr arasında 60-ci yerdə qərar tuta bilmişsiziniz.
    12 il sonra London 2012 Paralimpiya Oyunlarında isə 21 idmançı ilə təmsil olunub tarixi qələbəyə imza atmışsınız. Milli yığmanızın bu tarixi oyunlarda 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) qazanması ilə ümumi reytinq cədvəlində 27-ci yerdə qərar tutmuşsunuz. Təbii ki, belə böyük uğurlar təsadüfdən baş vermir. Bu böyük nailiyyət Sizin rəhbərliyinizin, icraiyyə komitəsinin və əməkdaşlarınızın misilsiz zəhməti hesabına əldə olunmuşdur.
    Bir müddət əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin Afinada təşkil edilmiş Baş Assambleyasında cənab Qasımov və cənab Kərimovla görüşmüşdüm. Həmin vaxt mən BPK-nin növbəti 4 ili üçün yenidən prezidenti seçildim. Yaxşı xatırlayıram ki, həmin seçkilərdə rəhbərlik etdiyiniz komitə mənim seçki kampaniyam üçün fəaliyyət göstərdiyiniz regionda böyük işlər görmüşdür. Fürsətdən istifadə edərək mənə göstərilmiş bu böyük etimad üçün Sizə dərin təşəkkürümü bildirirəm. Beləliklə, cari ilin oktyabr ayında Berlində keçiriləcək Strateji Baxış Konfransında azərbaycanlı dostlarımı görməyi səbirsizliklə gözləyirəm.
     Bilirəm ki, Milli Paralimpiya Komitəsinin yaranma tarixi sizin 50 illk yubileyinizlə üst-üstə düşür. Şəxsən özümün və BPK-dəki dostların, həmçinin həmkarların adından Sizi yübileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə, ailənizə və Azərbaycanın Paralimpiya ailəsinə ən xoş arzularımı çatdırıram.

Dərin hörmətlə,
Flip Greven

 Əsli: PDF


 

 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013