Xəbərlər
Azərbaycan Milli Paralimpiya Komitəsinin mütəxəssisi İlham Məhərrəmov fəaliyyətə başladı
2014-02-11

      İ.Məhərrəmovla Yeni Ramana Qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları məhdud Gənclərin Peşə Reabilitasiya mərkəzində fəaliyyət göstərərək regionda əlillərin idmana cəlb olunması və onların seçilərək peşəkar idmana gətirilməsi sahəsində işləri həyata keçirəcəkdir. Əlillərin idmana cəlb olunmaları, onların cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcəkdir.

      Bu gün  Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov mütəxəssislərlə birlikdə İ.Məhərrəmovun görəcəyi işlərin istiqamətlərini ona izah etmişlər.

      İ.Məhərrəmova uğurlar arzulayırıq!

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013