Xəbərlər
Yüngül atletika üzrə Milli Paralimpiya komandası idmançılarının Fəzaa Beynəlxalq yarışında uğurlu çıxışları dəvam edir - YENİLƏNİB
2014-02-25

Yüngül atletika üzrə Milli Paralimpiya komandası idmançılarının
Fəzaa Beynəlxalq yarışında uğurlu çıxışları dəvam edir.
Yarışın ikinci günündə çıxış edən idmançılarımızın nəticələri:
200 metr qaçışda Elçin Muradov 1-ci;
lövhə atma idman növündə Solmaz Səfərova 2-ci;
nüvə itələmə idman növündə Mənzərə Əhmədova 4-cü;
uzunluğa tullanma idman növündə isə Hüseyin Həsənov 4-cü yerlərə sahib olmuşlar.
Daha dörd idmançımız yarışlara bugün qatılacaqlar.


24.02.2014

Fevralın 20-də yüngül atletika üzrə Milli Paralimpiya komandasının idmançıları Dubay şəhərində keçirilən Atletika üzrə 6-cı Fəzaa Beynəlxalq yarışına yola düşmüşlər. Bu yarış qarşıdan gələn Avropa çempionatına lisenziya xalları qazandırır.
Yarışın ilk günlərində nizə atma idman növündə 19.73 m nəticə ilə Elvin Astanov 2-ci, nüvə itələmə idman növündə 11.61 m və lövhə atma idman növündə 39.03 m nəticə ilə Samir Nəbiyev 3-cü, qadınlar arasında nizə atma idman növündə isə 9.31 m nəticə ilə Mənzərə Əhmədova 3-cü yerlərə sahib olmuşlar. Daha dörd idmançımız yarışlara bugün qatılacaqlar


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013