Xəbərlər
ARMPK və UNİCEF arasında əməkdaşlıq davam edir
2014-02-27

     ARMPK və UNİCEF arasında Uşaq Paralimpiya Hərəkatının inkişafı sahəsində müzakirələr aparılmışdır.
     Fevralın 27-də Respublikamızda Uşaq Paralimpiya Hərəkatının inkişafı üçün 2014-cü il ərzində görüləcək işləri müzakirə etmək məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlqar Rəhimovla UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşad Mustafa arasında görüş keçirilmişdir. Görüşdə 2014-cü il ərzində Uşaq Paralimpiya Hərəkatının inkişafı sahəsində həyata keçirilməsi mümkün olan birgə layihələr barədə müzakirələr aparılmışdır.
     Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 27 sentyabr 2013-cü il tarixdə ARMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və bu hərəkatın inkişaf etdirilməsinə dəstək məqsədi ilə 08 oktyabr 2013-cü il tarixdə UNİCEF və ARMPK arasında Anlaşma Memorandumu imzalanmışdır.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013