Xəbərlər
UNICEF Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir
2014-03-13

        UNICEF - in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında imzalanmış Anlaşma Memorandumu əsasında 11 - 12 mart tarixlərində Azərbaycanda "Əlilliyi olan insanlara qarşı stiqmanın azaldılması" mövzusunda seminar keçirilmişdir. UNICEF - in eksperti Colin Higgs 2 gün ərzində seminarda mövzu ilə əlaqədar bir sıra təqdimatlar etmişdi. Seminarda UNICEF - in nümayəndələri, Azərbaycan Milli Paralimpiya Komitəsinin mütəxəssisləri, Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin üzvləri və müvafiq QHT - in rəhbərləri iştirak etmişlər.
        Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 27 sentyabr 2013 - cü il tarixdə AMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və bu hərəkatın inkişaf etdirilməsinə dəstək məqsədi ilə 08 oktyabr 2013 - cü il tarixdə UNICEF və AMPK arasında Anlaşma Memorandumu imzalanmışdır.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013