Xəbərlər
İlk dəfə olaraq Uşaq Paralimpiya Komitəsinin idmançısı beynəlxalq yarışda iştirak edir
2014-03-14

        Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyat göstərən Uşaq Paralimpiya Komitəsinin stolüstü tenis idman növü üzrə idmançısı 12 yaşlı Fəxri Abdullayev Macarıstanın Eger şəhərində keçirilən Macarıstan Açıq Çempionatında iştirak edir. Yarış 14 - 17 mart tarixlərində keçirilir. F. Abdullayev tibbi təsnifatdan keçdikdən sonra çempionata qatılıb. O, çempionatda iştirak edən paralimpiyaçılar arasında ən kiçik yaşlısıdır və ilk dəfə olaraq belə mötəbər yarışda çıxış edir.
        Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi cəmi 6 aydır ki, yaradılıb və qısa müddət ərzində cüdo, stolüstü tenis, ağırlıqqaldırma və boça idman növləri üzrə komandaların formalaşması üçün ciddi işlər başlanılıb.

Foto>>


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013