Xəbərlər
Ərizə forması 2014–cü ilin may ayının 15-dək uzadılmışdır.
2014-04-28

17 yanvar 2014-cü il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində əlil idmanı sahəsində yeni layihənin təqdimatı oldu. Layihənin aparıcı təşilatı olan "Təlim və İnkişaf İnstitutu" (ABŞ) Azərbaycandan olan 14 fiziki tərbiyə müəllimi və əlillik sahəsində çalışan mütəxəssislərin idmanın əlilliyi olan gənçlər üçün adaptasiyası və təşviqi üzrə Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatına təcrübə mübadiləsi səfərini təşkil edəcəkdir. Səfərin davamı olaraq 6 nəfərdən ibarət Amerikalı mütəxəssis azərbaycanlı həmkarlarına dəstək olmaq üçün Azərbaycana gələcəkdir.
    Bu layihə Birləşmiş Ştatlar Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri  Bürosunun İdman şöbəsi tərəfindən maliyyələşdirilir. Layihənin icrasına Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi və Azərbaycan Milli Paralimpiya Komitəsi dəstək verir. "Təlim və İnkişaf İnstitutu"nun bu layihə üzrə Azərbaycandan olan tərəfdaşı əlil idmanı sahəsində ixtisaslaşan "İnkişaf Naminə İdman" ictimai birliyidir.
    Layihənin Azərbaycanlı və Amerikalı iştirakçıları ABŞ-da olarkən "fəaliyyət planı" hazırlayacaqlar ki, Azərbaycana qayıtdıqdan sonra onları fərdi qaydada həyata keçirsinlər. Bu kiçik layihələr əlilliyi olan gənclərin idmanla məşğul olmasını asanlaşdırmaq və əlilliyi olan şəxslərin bacarıqları barədə içtimaiyyəti məlumatlandırmaqdan ibarət olacaqdır.
    Amerikaya səfər (Sentyabr 2014) Amerika Birləşmiş Ştatlarında 3 həftəlik təcrübə mübadiləsi səfəri zamanı azərbaycanlı iştirakçılar Amerikalı mütəxəssislər  və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar.
    ABŞ kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri ilə təşkil olunacaq müzakirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən, habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq. Əlillik və idman sahəsində ixtisaslaşan qurumlara və məktəblərə səfər zamanı Azərbaycan nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gənçləri və onlara xidmət edən proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.
    Azərbaycana səfər (2015). Amerika Birləşmiş Ştatlarının 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana iki həftəlik səfər zamanı azərbaycanlı həmkarlarına əlil idmanı sahəsindəki fərdi planlarının həyata keçirilməsində köməklik göstərəcəklər.
    Layihənin sonunda əldə ediləcək nəticələr aşağıdakılardan ibarət olacaq:

  • Əlil idmanı ilə məşğul olan mütəxəssislər və təşkilatlarla tanışlıq;
  • Əlilliyi olan insanların hüquqlarına dair məlumatlılığın artması və bu hüquqların həyata keçirilməsi yollarının müzakirəsi;
  • Ölkələr arasında mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsi;
  • Nümayəndə heyətlərinin üzvləri arasında əməkdaşlıq əlaqələrinin qurulması;
  • Fərdi təşəbbüslər üzrə fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi

     Layihədə iştirak üçün müraciətçilər aşağıdakı tələbləri ödəmlidirlər:
  - Adları aşağıda qeyd olunan rayon/şəhərdə yaşayan və ya işləyən fiziki tərbiyyə müəllimi yaxud əlillik üzrə mütəxəssis 1) Bakı, 2) Sumgayıt, 3) Mingəçevir, 4) Masallı 5) Xaçmaz və     6) Şəki
  - Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;
  - Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun içlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;
  - Yeniliyə hazır olmalı;
  - Xarici ölkələrə səfərə dair məhdud da olsa təcrübəsi olmalı;
  - ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısı olmamalıdır;

   ABŞ-a səfər zamanı nümayəndə heyəti tərcüməçi ilə təmin edildiyindən iştirakçılara ingilis dilini bilmək tələb olunmur. Birləşmiş Ştatlardan olan amerikalı iştirakçılar eyni meyarlara uyğun şəkildə 2014-ci ilin payızında seçiləcəklər.
   Seçilmiş Azərbaycanlı və Amerikalı iştirakcıların bütün səfər xərcləri icraçı təşkilat tərəfindən ödəniləcəkdir.
   Təlim və İnkişaf İnstitutu Massaçutes ştatının Amherst şəhərində yerləşən qeyri - kommersiya təşkilatıdır (baxın: www.itd-amherst.org). Təlim və İnkişaf İnstitutunun İcraçı Direktoru xanım Juli E. Huks layihənin direktorudur və layihənin icrasına nəzarəti həyata keçirir. Xanım Huksla aşağıdakı internet ünvanı ilə əlaqə saxlaya bilərsiniz : julie@itd-amherst.org

Ərizə formasını yükləmək üçün aşağıda keçidlərdən istifadə edin:

Yüklə: 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013