Xəbərlər
Beynəlxalq əlaqələr genişlənir
2014-04-28

Yaponiya Nazirlər Kabinetinin nəzdində  Olimpiya Agentliyinin rəhbəri, Yaponiya baş nazirinin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri cənab Takeo Hiratanı Respublikazıma üç günlük səfərdədir. Səfərin birincı günündə cənab Takeo Hiratanı ilk görüşünü Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimovla, Milli Məclisin deputatı Rauf Əliyevlə və Milli Paralimpiya Komitəsinin heyyəti ilə görüşmüşdür. Görüş zamanı cənab İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin yaranma tarixindən bu günə qədər Respublikada Paralimpiya hərəkatının inkişafı və genişlənməsi, yeni idman növlərinin yaradılması, AMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsinin təsis edilməsi, beynəlxalq idman yarışlarında İdmançıların əldə etdikləri nailiyyətlər, beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaş təşkilatlarla əməkdaşlıq və paralimpiya dəyərlərinin əhaliyə çatdırılması məqsədi ilə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi. İlqar Rəhimov qeyd etdi ki, bütün bu görülmüş işlər və əldə etdiyimiz nailiyyətlər ölkə başçısı, cənab Prezident İlham Əliyevin idmana və paralimpiya hərəkatına olan dəstək və qayğısının nəticəsidir. 

Milli Məclisin deputatı Rauf Əliyev öz  çıxışında ölkəmizdə Paralimpiya Hərəkatının inkişaf etməsi , Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin və Heyder Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın idmana, paralimpiya hərəkatına və uşaqlara göstərdikləri qayğının təzahürü olduğunu qeyd etdi. Bu gün paralimpiyaçılar mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırır və himnimizi səsləndirirlər. Əminəm ki, gələcəkdə daha yüksək nəticələr əldə edəcəyik.
Cənab Takeo Hiratanı bildirmişdir ki, bu onun Azərbaycana 3-cü səfəridir və hər səfərində Azərbaycanın surətlə inkişaf etdiyini qeyd etdi. Azərbaycan Yaponiya arasında müxtəlif sahələrdə əməkdaşlıqdan qürur duyduğunu vurğulayan cənab Takeo Hiratanı, gələcəkdə idman sahəsində də  olan münasibətlərin daha da genişləndiriləcəyini bildirdi.  
2020-ci ildə Yaponiyanın Tokiyo şəhərində keçiriləcək Paralimpiya oyunlarına hazırlıq mərhələsində, Azərbaycan Milli Paralimpiyaçılarını, başda ikiqat paralimpiya çempionu İlham Zəkiyev olmaqla, Yaponiyaya dəvət olunacaqlar. Həmin dəvətdə nəzərdə tutulub ki, Azərbaycan mədəniyyəti, tarixi və idmanı haqqında Yaponiya ictimaiyyətinə Azərbaycan Paralimpiyaçılarının simasında Azərbaycan haqqında geniş  məlumat verilsin.
Milli Paralimpiya Komitəsi nəzdində Uşaq  Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov,  Komitənin yaradılması sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaqla, ehtiyat idmançıları yetişdirməklə yanaşı cəmiyyətə inteqrasiyasına da güclü dəstək olacağını qeyd etdi və hal hazırda uşaqlardan formalaşmış komandalar haqqında məlumat verdi.
Görüşün sonunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezindenti cənab İlqar Rəhimov tərəfindən cənab Takeo Hiratanı xüsusi xidmətlərinə və paralimpiyaçıların dostu olduğuna görə "Xüsusi Paralimpiya" medalı ilə təltif edildi.Görüşdə Milli Paralimpiya Komitəsinin  vitse prezidenti Şaiq Həmidov, AMPK-nın Baş Katibi Afiq Suleymanov, Milli Paralimpiya  Komandasının kapitanı İlham Zəkiyev və AMPK-nin məsul işçiləri də iştirak etmişdirlər.

Foto>>


 

 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013