Xəbərlər
Paşa Travel Turizm Agentliyinin nümayəndələri idmançılarımızı təbrik etdi
2014-05-01

    Xəbər verdiyimiz kimi, 23-27 aprel 2014-cü il tarixlərində Rusiyanın Noberjnı Çelnı şəhərində Əlil arabasında idman rəqsi üzrə Dünya Kuboku uğrunda çempionat keçirilmişdir. Çempionatda ölkəmizi idmançılarımız Vüsalə Kərimova və Tamerlan Qədirov təmsil etmişlər. Onlar çempionatda uğurlu çıxış edərək Dünya çempionatına vəsiqə qazanmışlar.       
    Qeyd edək ki, idmançılarımızın həmin çempionatda iştirakına Paşa Travel Turizm Agentliyi dəstək vermiş, Agentliyin nümayəndələri Milli Paralimpiya Komitəsində idmançılarımızla görüşərək onlara uğurlar arzulamışlar.          
    Bu gün Agentliyin İcraçı direktoru Natalya Solovyova və Ofis, müştəri xidmətləri və keyfiyyət üzrə meneceri Emil Məmmədov Milli Paralimpiya Komitəsində Vüsalə və Tamerlanla görüşərək onları uğurlu çıxışları münasibəti ilə təbrik edərək tort hədiyyə etmiş, cari ilin dekabr ayında İspaniyanın Barselona şəhərində keçiriləcək Dünya çempionatında uğurlu çıxışlar arzulamışlar.   
    Milli Paralimpiya Komitəsinin vitse prezidenti Şaiq Həmidov idmançılarımıza verdikləri dəstək və diqqətə görə Agentliyin rəhbərliyinə və işçikərinə təşəkkürünü bildirmişdir.
    Sonda Vüsalə və Tamerlan iştirak etdikləri yarış haqqında öz təsüratlarını bölüşmüşlər.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013