Xəbərlər
Bakı 2015 Avropa Olimpiya Oyunlarında paralimpiyaçı cüdocular da iştirak edəcəklər
2014-05-08

    Mayın 7-də Milli Paralimpiya Komiıtəsinin birinci vitse prezidenti Natiq Qasımov və baş katib Afiq Süleymanov Bakıda səfərdə olan Görmə Qabliyyəti zəif idmançıların Beynəlxalq İdman Federasiyasının (İBSA) icraçı direktoru Neil Odonovan və Beynəlxalq Paralimpiya Cüdo Komitəsinin sədri Janos Tardosla görüşmüşlər. Görüşdə Bakı 2015 Avropa Olimpiya Oyunlarında görmə qabliyyəti zəif olan Cüdoçuların iştirakı üçün görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. 
    Qeyd edək ki, 2015 Avropa Olimpiya Oyunlarında görmə qabliyyəti zəif olan cüdoçular - kişilər +100 kiloqram kateqoriyası üzrə və qadınlar -48 kiloqram kateqoriyası üzrə yarışacaqlar. Hər kateqoriya üzrə 8 idmançı yarışda iştirak edəcəkdir.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013