Xəbərlər
Uşaq Paralimpiya Komitəsi üçün standartlar hazırlanır
2014-06-13

İyunun 13-də Milli Paralimpiya Komitəsinin (MPK) birinci vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin (UPK) idarə heyyətinin sədri Natiq Qasımov Kanadanın İdman elmləri üzrə fəxri professoru, UNİCEF-in beynəlxalq ekspreti Kolin Hiqqislə görüşmüşdir. Görüşdə Uşaq Paralimpiya Komitəsinin inkişaf etdirilməsi sahəsində müvafiq standartların hazırlanması əsas müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdir ki, UPK dünyada ilk dəfə Azərbaycanda yaradıldığı üçün, standartların hazırlanması və gələcəkdə bu təcrübədən digər ölkələrin bəhrələnməsi böyük məsuliyyət tələb edir. Buna görə sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmana cəlb olunmaları və onların bu sahədə iştirakı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vacib məsələdir. Artıq bu sahədə bir sıra inkişaf etmiş ölkələrin hüquqi sənədləri əldə edilərək öyrənilmişdir. Yerində bu təcrübəni praktik cəhətdən öyrənilməsi məqsədi ilə cari ilin sentyabr ayında bir qrup mütəxəssisin İngiltərəyə təlim səfərinə göndərilməsi nəzərdə tutulmuşdur. Səfərin təşkili üçün İngiltərə Paralimpiya Assosasiyası ilə danışıqlar aparılaraq razılıq əldə edilmişdir. Görüşdə Uşaqların idmanda qorunması haqqında hüquqi sənədlərin hazırlanmasının vacibliyi də qeyd olunmuşdur. Bu sahədə İngiltərə və İrlandiya təcrübəsindən iştifadə olunacaqdır.            
Standartların hazırlanması sahəsində beynəlxalq Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi qərara alınmışdır.       
Qeyd edək ki, K.Hiqqis MPK-nin mütəxəssisilərinə müvafiq köməklik göstərilməsi üçün Bakıya dəvət edilmişdir. Bu məqsədlə onun Bakıya üçüncü səfəridir.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013