Xəbərlər
UNICEF-in Uşaq Paralimpiya hərəkatına dəstəyi davam edir
2014-06-11

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) nəzdində yaradılmış Uşaq Paralimpiya Komitəsinin (UPK) inkişaf etdirilməsi məqsədi ilə UNİCEF - in Azərbaycan nümayəndəliyi ilə AMPK arasında imzalanmış Anlaşma Memoranduma əsasən Kanadanın İdman Elmləri üzrə fəxri professorı, UNİCEF - in beynəlxalq eksperti cənab Kolin Hiqqis Bakıya dəvət edilmişdir. İyunun 11 - də Hilton otelində K. Hiqqisin iştirakı ilə AMPK - nin, UPK - nin, hökümət və qeyri - hökümət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Seminarda Uşaq Paralimpiya Komitəsinin inkişafı, bu sahəyə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması yolları, əhali arasında maarifləndirmə işi və sairə məsələlər müzakirə edilmişdir.
Cənab K. Hiqqis 4 gün ərzində UPK - nin huquqi bazasının yaradılması və inkişaf etdirilməsi barədə AMPK - nin mütəxəssislər ilə müzakirələr aparacaqdır.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013