Xəbərlər
Uşaq Paralimpiyasının ilk uğuru
2014-06-24

     19-20 iyun 2014-cü il tarixlərində Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən Milli Qurtuluş gününə həsr olunmuş təsnifat turniri keçirilmişdir. Turnirdə Uşaq Paralimpiya Komitəsinin 11 yaşlı idmançısı Fəxri Abdullayev də iştirak etmişdir. O, yüksək nəticələrlə birinci yerə çıxaraq Federasiyanın Diplomu ilə təltif edilmişdir. Bu münasibətlə Milli Paralimpiya Komitəsində F. Abdullayevlə  görüş keçirilmişdir. Görüşdə qeyd olunmuşdur ki, Uşaq Paralimpiya Komitəsinin yarandığı qısa müddət ərzində ilk olaraq F. Abdullayev uşaq paralimpiyasına uğur gətirmişdir.
     Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımov Komitə tərəfindən təsis edilmiş İkiqat Paralimpiya Çempionu, ikiqat Dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin xatirə medalını F. Abdullayevə təqdim etmişdir. Komitənin baş katibi Afiq Süleymanov isə ona əldə etdiyi uğura görə Komitənin kubokunu təqdim etmişdir.

 


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013