Xəbərlər
Paralimpiya komandamız beynəlxalq yarışda 3-cü yerə sahib olublar
2014-06-30

      23-28  iyun 2014-cü il tarixlərində Milli Paralimpiya Komitəsinin Kamandan ox atma idman növü üzrə milli komandası Çexiyanın Nove Mesto şəhərində Beynəlxalq yarışda iştirak etmişdir. Komanda yarışlarında, ölkəmizi təmsil edən idmançılarımız İlqar  Abbasov , Əli Nəbiyev və Cahan  Musayev üçüncülük uğrunda Amerika millisinə 6-2 hesabıyla qalib gələrək 3-cü yerin sahibi olmuşlar. Xatırladaq ki, bu yarış Avropa çempionatında iştirak etmək üçün lisenziya vəsiqəsi qazandırır. Avropa çempionatı avgust ayında İsveçin Nottvel şəhərində keçiriləcək.

 


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013