Xəbərlər
Paralimpiyaçılarımız Dünya çempionatında iştirak edəcəklər
2014-07-16

17-27 iyul tarixlərində Almaniyanın Sulh şəhərində güllə atıcılığı idman növü üzrə Dünya çempionatı keçiriləcək.
Dünya çempionatında uğurlu çıxış edən idmançılar 2016-cı ildə Rio De Janerio şəhərində keçiriləcək XV yay Paralimpiya oyunlarına birbaşa lisenziya qazanacaqlar.
 Dünya çempionatında ölkəmizi Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə komandasının idmançıları Elena Taranova, Əkbər Muradov, Elşad Məmmədov və Kamran Zeynalov təmsil edəcəklər.


 

 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013