Xəbərlər
4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşuldu!
2014-07-21

Nabranda ayağından zədə almış İmran Cəfərov valideyinləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət olunmuş və İmranın Uşaq paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunmuşdur. İdman növü haqqında ətraflı məlumat verilərək izah edilmişdir ki, İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə inteqrasiya olunamsına şərait yaradacaqdır. Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilmiş və qərara alınmışdır ki, növbəti həftədən İmran məşqlərə başlasın. Məşqlər ilk dövrlərdə komitənin psixoloqu və valideyinlərin iştirakı ilə keçiriləcəkdir.
Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov president İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada müalicə almışdır.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013