Xəbərlər
Paralimpiyaçı atletimiz Avropa çempionu oldu
2014-08-20

     Böyük Britaniyanın, Svansea şəhərində keçirilən Atletika üzrə Avropa çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançımız Oloxan Musayev bu gün F56 kateqoriyasında disk atma növündə 41.63m nəticə göstərərək qızıl medal qazanmışdır.       
     Qeyd edək ki, yarışda Milli komandamızın 5 üzvü iştirak edir. Yarışa qatılmış üç idmançılarımızdan Oloxan Musayev qızıl, Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medal qazanmışlar.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013