Xəbərlər
Paralimpiyaçı atletlərimiz Avropa çempionatından böyük qələbə ilə vətənə döndülər.
2014-08-26

     Bu gün səhər saatlarında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nümayəndələri Heydər Əliyev adına beynəlxalq hava limanında Böyük Britaniyanın Svansea şəhərində keçirilən atletika üzrə Avropa çempionatından böyük qələbələrlə qayıdan idmançılarımızı təntənəli qarşılamışlar.           
     Qeyd edək ki, 18-23 avgust 2014-cü il tarixlərində Böyük Britaniyanın Svansea şəhərində Atletika idmanı üzrə Avropa çempionatı keçirilmişdir. Bu yarışda 5 idmançımız iştirak etmişdir. Atletlərimiz Oloxan Musayev disk atma növündə 41.63m nəticə ilə qızıl, Oleq Panyutin uzunluğa tullanmada 6.62m nəticə ilə və Allahverdi Allahverdiyev nizə atma növündə 32.49m nəticə ilə gümüş, Solmaz Səfərova disk atma növündə 16.32m nəticə ilə, Elmar Cabrayılov isə 400m məsafədə qaçışda 50.69s nəticə ilə bürünc medal qazanmışlar. Beləliklə Paralimpiyaçı atletlərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medalla vətənə dönmüşlər.    


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013