Xəbərlər
Beynəlxalq Paralimpiya Komitəsi öz 25 illiyini qeyd edir
2014-09-22

Fiziki məhdudiyyətli insansanlar üçün idman artıq 100 ildir ki fəaliyyət göstərir və ilk idman klubu eşidmə məhdudiyyətli insanar üçün 1888-ci ildə Berlində təsis olunub. Britaniya dövlətinin təşəbbüsü ilə, həkim Lyudviq Quttman Stok Mandevil şəhərində onurğa zədəsi almış insanlar üçün reabilitasiya mərkəzi açmışdır və ilkin olaraq idman reabilitasiya xarakteri daşıyırdı, daha sonra isə idman yarışlarına çevrilmişdir.

          29 İyul 1948-ci ildə, Londonda keçirilən Olimpiya oyunlarının açılışında, həkim Quttman fiziki məhdudiyyətli inasanlar arasında ilk yarış təşkil etmişdir. Bu yarışda muharibə vaxtı zədə almış 16 hərbi qulluqçu iştirak etmişdir və onlar öz güclərini oxatma idman növündə sınamışdılar.  1952-ci ildə Hollandiyalı hərbiçilər də bu hərəkata qoşuldular.

          İllər sonra, 1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilən yarışlarda fiziki məhdudiyyətli insanların qatıldığı yarışlara Paralimpiya oyunları adı verilmişdir və ilk Paralimpiya oyunlarında 23 ölkədən 400 idmançı iştirak etmişdir. 1960 cı ildən etibarən hər 4 ildən bir Paralimpiya oyunları keçirilmişdir. Qış Paralimpiya oyunları isə ilk dəfə 1976-cı ildə İsveçdə keçirilmişdir.

          Nəhayət 22 sentyabr 1989-cu ildə, Paralimpiya hərəkatını qloballaşdırmaq məqsədilə, Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Paralimpiya Komitəsi təsis olunmuşdur. Hazırda 170 ölkə paralimpiya hərəkatına qoşulmuşdur.

Azərbaycanda Paralimpiya hərəkatı

Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdi, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti, Afiq Süleymanov isə komitənin baş katibi vəzifələrinə seçilmişlər.

         İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulamışdır.

         2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində umummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə ümummilli liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni , beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu.

         2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.

         Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətlərini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.

         Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatı genişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində fəaliyyət göstərən idman növlərinin sayı 11-ə çatdırılmışdır.

         27 sentyabr 2014 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.         Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
 Yay Paralimpiya Oyunlarında iştirakı və uğurlu nəticələri

Tarix

Keçirilən yer

Idman növü

Idmançıların sayı

Qızıl

Gümüş

Bürünc

Cəmi

Iştirakçı ölkələrin sayı və milli komandamızın tutduğu yer

1.

1996

Atlanta

2

2

-

-

-

-

104/-

2.

2000

Sidney

3

7

-

1

0

1

127/60

3.

2004

Afina

4

11

2

1

1

4

136/45

4.

2008

Pekin

4

18

2

3

5

10

146/38

5.

2012

London

6

21

4

5

3

12

164/27

Milli Paralimpiya Komitəsinin qalib idmançıları:

-        Paralimpiya çempionu - 5

         Onlardan ikiqat paralimpiya çempionu - 2 nəfər

-        Dünya çempionu - 7 nəfər

-        Avropa çempionu - 14 nəfər

-        Dünya oyunları qalibi - 7 nəfər


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013