Xəbərlər
Almaniyanın Berlin şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin (BPK)üzvlər arası sessiyası keçirilmişdir.
2014-10-04

Sessiyada strateji məsələlər müzakirə edilməklə yanaşı BPK-nın 25-ci ildönümü təntənəli qeyd olunmuşdur.Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) birinci vitse prezidenti Natiq Qasımov və Komitənin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cavid Mikayılov sessiyada iştirak etmişlər.Bu ərəfədə Natiq Qasımov BPK-nın prezidenti cənab Fill Kravenlə görüşmüşdür.Natiq Qasımov son dövrlərdə AMPK-nin gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə F.Krevenə ətraflı məlumat vermişdir.Cənab Kreven bildirmişdir ki, AMPK-nin fəaliyyətini izləyir və Komitə tərəfindən əldə olunmuş nəaliyyətlər və həyata keçirilən tədbirlər çox sevindiricidir.Bütün bunlar Azərbaycanda idmana və bədən tərbiyəsinə dövlət tərəfindən verilən dəstəyin təzahürüdür. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi və həmin oyunlarda paralimpiyaçı cüdoçuların iştirakı bunu bir daha sübut edir.F.Kreven BPK-nin 25 illiyi münasibəti ilə AMPK-nin prezidenti cənab İlqar Rəhimov tərəfindən təbrik məktubu aldığını və çox məmnun olduğunu bildirərək, xoş sözlər üçün İ.Rəhimova təşəkkürünü çatdırmağı xahiş etmişdir.Sonda Natiq Qasımov F.Kreveni bir daha BPK-nin 25 illiyi münasibəti ilə təbrik edərək AMPK-i adından ona bayram münasibəti ilə toxunmuş xalçanı ona təqdim etmişdir. 
Səfər ərəfəsində N.Qasımov BPK-nin vitse prezidenti Endrü Parsonsla, Beynəlxalq Boccia federasiyasının prezidenti David Hadfeldlə,BP şirkətinin Əlaqələr üzrə şöbəsinin direktoru Piter Henşou ilə, Olimpiya və Paralimpiya ilə Partnyorluq direktoru Mayk Şerokla, BP-nin beynəlxalq paralimpiya üzrə direktoru Seve Kyriacou ilə, eyni zamanda İngiltərə Paralimpiya Assosiyasının,Macarıstan,Ukrayna, Hindistan Paralimpiya Komitələrinin prezdentləri ilə və digər rəsmi şəxslərlə görüşərək qarşılıqlı əməkdaşlıq, birgə fəaliyyət, təcrübə mübadiləsi, uşaq paralimpiya hərəkatı və digər zəruri məsələləri müzakirə etmişdir


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013