Xəbərlər
BOCCİA idman növü sürətlə inkişaf edir
2014-11-07

BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. Professional idmançı olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. BOCCİA idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən sağlamlıq imkanları məhdud olan uşaq və gənclər də bu idman növü ilə məşqul olub, paralimpiyadada iştirak edə bilərlər.
Azərbaycanda BOCCİA idman növü Milli Paralimpiya Komitəsinin və "Əlil İdmançılara Dəstək" ictimai birliyinin təşəbbüsü ilə artıq 7 aydır ki Azərbaycanda təbliğ olunur . İlk BOCCİA komandası 3 saylı uşaq internat evində , ikinci komanda Gənc Əlillərin Peşə Reabilitasiya Mərkəzində yaradılıb. 
Regionlardan Bakıya təlim almaq üçün gələn Murad Alxasov və Qadir Babəkoğlu BOCCİA idman növünün məşqçi kurslarını bitirərək Şəki şəhəri "Əlillərə qayğı" ictimai birliyinin və bu gündən etibarən Ağsu şəhəri "Gülsam" ictimai birliyinin nəzdində BOCCİA idman klublarında idmançılar hazırlayacaqlar. Təlimlər Milli Paralimpiya Komitəsinin BOCCİA idman növü üzrə baş məqçisi Vaqif Bayramov tərəfindən keçirilir.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov regionlarda BOCCİA idman növünün inkişafı üçün yeni yaradılan klubların lazımlı idman avadınlaqla təmin olunmasına və məşqçilərin yetişdirilməsinə xüsusi diqqət göstərir və bu da BOCCİA idman növünün respublikada daha geniş yayılmasına şərait yaradır.

06 dekabr 2014-cü il tarixində ABU arena idman zalında ilk dəfə Azərbaycanda BOCCİA idman növü üzrə Milli Paralimpiya Komitəsi və Əlil İdmançılara Dəstək birliyi "SENİ" firmasının dəstəyi ilə "SENİ CUP" turniri keçiriləcəkdir.
Başda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov olmaqla, "SENİ" firmasına və "Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiya" mərkəzinin direktoru Rəhilə Həsrətovaya bizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirik və idmançılarımıza uğurlar arzu edirik!!!


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013