Xəbərlər
Pauerlifting üzrə Respublika açıq çempionatı keçirilmişdir.
2014-11-15

15 Noyabr 2014-cü il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının "Maneəsiz Həyat" layihəsi  çərçivəsində Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Pauerlifting üzrə II açıq respublika çempionatı keçirilmişdir. Çempionatda Milli Paralimpiya Komitəsinin, Neftçi İSM, "Qəbələ" və Gəncə idman klublarından ümumilikdə 9 çəkidə 40 əlil idmançı iştirak etmişdir.

Çempionatın açılışında Milli Paralimpiya Komitəsinin rəhbərliyi, Gənclər və İdman nazirliyinin nümayyəndəsi Aydın Məmmədov və bir sıra qeyri-hökümət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Çempioantın nəticələrinə görə 49 kq çəkidə Pərvin Məmmədov 1-ci, İntiqam Haqverdiyev 2-ci, Namaz Namazov 3-cü, 54 kq çəkidə Azər Əlizadə 1-ci, Mikayıl Kərimov 2-ci, Orxan Əliyev 3-cü,  50kq çəkidə qadınlar arasında Bikəxanım Vəliyeva 1-ci, Samirə Əsədova 2-ci, Bahar Şıxıyeva 3-cü, 72 kq çəkidə Əhməd RəzmAzər 1-ci, Kənan Fərzəliyev 2-ci, Xəzər Namazov 3-cü, 80 kq çəkidə Nurlan Babacanov 1-ci, İlkalim Atakişiyev 2-ci, İsrahim Həsənov 3-cü, 86 kq çəkidə gənlər arasında dünya rekordunu vuraraq Əli Babacanov 1-ci, Gündüz İsmayılov 1-ci, Ili Nicat 2-ci, Bəhlul Iliyev 3-cü, 107 kq çəkidə 246 kq çəkini qaldıraraq dünya rekordunu yeniləyən Elşən İsmayılov 1-ci, Bəhruz Bəşirov 2-ci və +107 kq çəkidə isə Məhərrəm Əliyev 1-ci, Mehdi Səfərzadə 2-ci və Əhməd Yusifov 3-cü yerlərə laiq görülmüşdür.

Bu çempionata ilk dəfə olaraq qatılan Uşaq Paralimpiya Komitəsinin idmançıları öz güclərini 40 kq çəkidə sınamışdılar. 13 yaşlı idmançımız Əli Abdullayev 2-ci yerin sahibi və Gəncə şəhərindən gələn 14 yaşlı Vüqar Kərimov isə Azərbaycan çempionu adına laiq görülmüşdülər. 

Qaliblər kubok, medal və diplomla təltif olunmuşlar.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013