Xəbərlər
Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti Bakıya gəlir.
2014-11-17

   Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, "2016 Rio-de-Janeiro" Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin İnteqrasiya üzrə Komitə sədri Endrü Parsons 04-07 dekabr 2014-cü il tarixlərində Bakıda səfərdə olacaqdır. O, səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, bir sıra rəsmi görüşlər keçirəcəkdir. Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Braziliya Milli Paralimpiya Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanacaqdır.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013