Xəbərlər
09yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
2015-01-09

Sumqayıt Paralimpiya idman kompleksində keçirilən iclası ARPMK-nin prezidenti cənab İlqar Rəhimov açıq elan edərək  2014-cü ildə Milli Paralimpiya Komitəsinin gördüyü işlər barədə  danışaraq, əldə edilən uğurlar, yeni tətbiq olunan idman növləri, beynəlxalq və respublika daxilində keçirilən  yarışlar , eyni zamanda  regionlarda yaranan idman klublarının işlərini yüksək qiymətləndirdi. I Bakı 2015  Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək idmançılara və şəxsi heyyətə uğurlar arzuladı." I Bakı 2015 Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək iki idmançımız qızıl paralimpiyaçı olaraq tarixə düşəcəyindən və dövlət başçısının idmançılarımıza olan etimadını doğruldacaqlarına əminik " deyən İlqar Rəhimov, cənab prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, I Bakı Avropa Oyunlarının Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın paralimpiyaçılara olan diqqət və qayğısına görə təşəkkür etdi.

ARMPK-nin vitse prezidenti Şaiq Həmidov 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr haqqında  geniş məruzə etdi. Sonra məruzə ətrafında  müzakirələr aparıldı.

 İcraiyyə Komitəsi 2015-ci il üçün nəzərdə tutulan təqvim planını müzakirə edərək təsdiq etdi.

İclasın sonunda İlqar Rəhimov 2014-cü ildə uğur qazanmış idmançılara və onların məşqçilərinə Komitə adından  pul mükafatları təqdim etdi.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013