Xəbərlər
Ölkəmizdə Uşaq Paralimpiya Hərəkatı inkişaf edir!
2015-03-12

Məlum olduğu kimi dünya  təcrübəsində ilk dəfə olaraq 2013-cü ilin sentyabr ayında Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb etməklə onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə  inteqrasiyasını təmin etməkdir. Uşaq Paralimpiya Hərəkatının inkisaf etdirilməsi məqsədi ilə Komitə ilə Azercell Telecom MMC arasında bağlanmış müqavilə  əsasında bir sıra tədbirlər həyata keçirilmişdir. İlkin olaraq MMC tərəfindən yeni  yaradılmış idman növlərinə dəstək verilmişdir.

11 mart 2015-ci il tarixində Azercell Telecom MMC-nin nümayyəndələri Milli Paralimpiya Komitəsinin mütəxəssisləri ilə birlikdə  4 ay ərzində görülmüş  işlərə baxiş keçirmək məqsədi  ilə Sumqayıt Paralimpiya İdman Kompleksinə səfər etmişlər. Onlar cüdo, masaüstü tennis, boccia, üzgüçülük və pouerliftinq idman növlərinin məşq prossesi ilə tanış olduqdan sonra Komitənin mütəxəssisləri  ile gələcək  prespektivlər mövzusunda müzakirələr aparmışlar. Qeyd edək ki, hazırda 5 idman novu üzrə ümumilikdə  40 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşaqlar təlim məşq toplantılarına cəlb olunmuşlar.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013