Xəbərlər
Atletlərimizin böyük uğuru
2015-03-26

Tunisdə atletika idman növü üzrə keçirilən Tunis Qran Pri turnirində paralimpiyaçı atletlərimizin uğurlu çıxışları davam edir. Xatıradaq ki, yarışın ilk günündə iştirak edən idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanmışdılar.
Nüvə atma idman növündə 13.63 m nəticəylə Rasim Babayev 1-ci, disk atma idman növündə 31.77 m nəticəylə Mehman Ramazanov 2-ci yerin sahibi olmuşdular.
Yarışın 2 və 3-cü günlərində daha 5 qızıl və 1 gümüş medal qazanıldı.
Çebanu Elena qaçışda 200 m məsafədə 26.01 s nəticəylə və 100 m məsafədə 12.66 nəticəylə qızıl, İslam Qəhramanzadə nizə atma idman növündə 44.90m nəticəylə qızıl, Rasim Babayev disk atma idman növündə 40.81 m nəticəylə qızıl, İradə Əliyeva nizə atma idman növündə qızıl və disk atma idman növündə Tofik Məmmədov 34.33m nəticə göstərərək gümüş medala sahib olmuşdular.
Ümumilikdə Milli Paralimpiya Komitəsinin atletləri 3 gündə 6 qızıl və 2 gümüş medal qazandılar!
İdmançılarımızı təbrik edirik!!!


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013