Xəbərlər
Azerbaycanın Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov ARMPK-nin nümayyəndə heyyəti və idmançılarımızla görüşüb.
2015-05-17

17 may 2015-ci il tarixində Azerbaycanın Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov Seulda, "İBSA Dünya Oyunları"da iştirak edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nümayyəndə heyyəti və idmançılarımızla görüşüb. Səfir idmançılarımızın yüksək nəticələr əldə etməsi ilə onları təbrik edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ARMPK-nin idmançıları Seulda keçirilən "İBSA Dünya Oyunları"da 8 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 17 medal qazanmışlar.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013