Xəbərlər
Paralimpiaçıalrımız "Dünya Oyunları"dan böyük uğurla vətənə qayıtdılar
2015-05-19

Azərbaycan Respublakısı Milli Paralimpiya Komitəsinin idmançıları 8-19 may 2015-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları"dan vətənə böyük uğurla geri döndülər.Bu gün səhər saatlarında H.Əliyev adına hava limanında Milli Paralimpiya Komitəsinin nümayyəndələri və azarkeşlər idmançılarımızı böyük sevinc və coşquyla qarşıladılar.Qeyd edək ki, "İBSA Dünya Oyunları"da Milli Paralimpiya Komitəsini 3 idman növündən ( yüngül atletika, cüdo və üzgüçülük) 12 idmançı təmsil edirdi. İdmançılarımız 8 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 17 medal qazanmışlar.Bu böyük uğurla idmançılarımızı təbrik edirik!!!


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013