Xəbərlər
Paralimpiayaçılar Azercellin qonağı oldu
2015-05-14

14 may 2015-ci il tarixində Milli Paralimpiya Komitəsinin inkişaf, tədris və informasiya şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov və əlil arabaslnda idman rəqsi növü üzrə idmançıları Vüsalə Kərimova və Tamerlan Qədirov Azercell Telecom MMC-nin illik "İNFO 2015" tədbirində qonaq olmuşlar. Tədbirdə Azercell Telecom MMC-nin rəhbəri Vahid Mürsəliyev çıxışında şirkətin gördüyü işlər, gələcəkdəki prespektivləri və dəstək olduqları Uşaq Paralimpiya Komitəsinin inkşafı haqqında məlumat vermişdir. Daha sonra çıxış edən Kamal Məmmədov Milli Paralimpiya Komitəsi və yeni yaranmış Uşaq Paralimpiya Komitəsi haqqında geniş məlumat vermişdir. Çıxışın sonunda K.Məmmədov ARMPK-nin prezidenti cənab İlqar Rəhimovun adından Azercell Telecom MMC-nin rəhbəri Vahid Mürsəliyevə Fəxri Fərman təqdim etmişdir. 
Vüsalə Kərimova və Tamerlan Qədirovun bu gecə üçün xüsusi hazırladıqları rəgs gecəyə qeyri adi rəng qatmışdır.
Tədbirdə Uşaq Paralimpiya Komitəsinin uşaq idmançılarının məşq prosessini əks etdirən videoçarx nümaiş olunmuşdur.
Qeyd edək ki, Azercell Telecom MMC Uşaq Paralimpiya Komitəsini dəstəkləyən ilk və yeganə şirkətdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013