Xəbərlər
MDHİU-nin rektoru “Paralimpiya Medalı” ilə təltif olundu
2015-05-29

29 may 2015-ci il tarixində Moskva şəhərində keçirilən " MDHİU-nin Elmi Şurasında"  Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin rektoru, həmyerlimiz Vaqif Deyruş oğlu Bayramov Azərbaycanda Paralimpiya Hərəkatına göstərdiyi xüsusi xidmətlərinə görə "Paralimpiya Medalı" ilə təltif olunmuşdur. "Paralimpiya Medalı"nı  Milli Paralimpiya Komitəsinin Prezidenti cənab İlqar Rəhimovun adından ARMPK-nin şöbə müdiri və eyni zamanda həmən universitetin hüquq fakultəsinin 4-cü kurs tələbəsi olan  Kamal Məmmədov təqdim etmişdir.

Rektor V. Bayramov ARMPK-nin prezidenti İ. Rəhimova öz təşəkkürünü bildirmiş və gələcək əməkdaşlıq üçün daima hazır olduğunu qeyd etmişdir.

Qeyd edək ki, MDHİU-ti MDB məkanında yeganə universitetdir ki, harda əlilliyi olan insanlar təhsil alır və onların rahat hərəkət edə bilmələri üçün bütün şərait yaradılmışdır. Hal hazırda həmən universitetdə Milli Paralimpiya Komitəsinin üç idmançısı təhsil alır.

 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013