Xəbərlər
Avropa Oyunlarına 10 gün qalmış paralimpiyaçılarla görüş.
2015-06-02

"Bakı 2015 Avropa Oyunları"na 10 gün qalmış, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin ofisində Komitənin prezidenti cənab İlqar Rəhimov oyunlarda yarışacaq idmançılar, onların  məşqçiləri və həkimləri  ilə görüş keçirmişdir. Görüşdə o, idmançıların hazırki durumu, təlim-məşqlərin vəziyyəti ilə maraqlanmış və qarşılaşacaqları rəqib idmançılar haqqında geniş müzakirə aparmışdır. O, görüşün sonunda yarışlarda iştirak edəcək idmançılarımız İlham Zəkiyevə, Zakir Müslümova, Səbinə Abdullayevaya, baş məşqçi İbrahim İbrahimova və komandanın həkimi Mehdi Əhmədova  müvafiq akkreditasiyaları təqdim etmişdir


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013