Xəbərlər
Hava limanının işcilərinə "Əlilliyin Dərki" mövzüsunda təlimlərə start verildi
2015-06-02

02 iyun  2015-ci il tarixindən H.Əliyev adına beynəlxalq hava limanının müvafiq mütəxəssislərinə  " Əlilliyin dərki, etiket qaydaları və davranış" mövzüsunda təlimlərə start verilmişdir. Təlimlər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə "Əlil İdmançılara Dəstək" ictimai birliyi "Biz Hər Şeyə Qadirik" layihəsi çərçivəsində keçirilir. 
Bu təlimlərin əsas məqsədi - "Bakı 2015 Avropa Oyunları"nda əlilliyi olan insanları qarşılayan qurumlara və könüllülərə əlilliyi olan insanlarla danışıq və davranış etikalarının öyrədilməsi və əlil arabasının doğru idarə edilməsidir. Əlilliyi olan insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını cəmiyyətə çatdırmaqdır.
Təlimlər Milli Paralimpiya Komitəsinin tədris, təhsil və inkişaf şöbəsinin müdiri Kamal Məmmədov və ekspert Qoşqar Əkbərov tərəfindən keçirilir.
Təlimlər iyunun 6-na qədər davam edəcək və ümumilikdə H.Əliyev adına beynəlxalq hava limanının 120 mütəxəssisi cəlb olunacaq.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013