Xəbərlər
Baş nazirin müavini Əli Əhmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Avropa oyunlarında iştirak edəcək paralimpiyaçılarla görüşmüşdür.
2015-06-02

Baş nazirin müavini Əli Əhmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla birlikdə Sumqayıt paralimpiya idman kompleksində olmuşlar. Onlar kompleksdə fiziki məhdudiyyətli idmançıların təlim-məşq toplantılarinin kecirilməsi və beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraitlə tanış olmuşlar. Komplekslə tanışlıqdan sonra onlar Bakı 2015 Avropa oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçular İlham Zəkiyev, Zakir Mislimov, Səbinə Abdullayeva və baş məşqçi İbrahim İbrahimovla görüşmüşlər. Baş məşqçi İ.İbrahimov idmanşıların hazırlıq vəziyyəti haqqında geniş məlumat verərək bildirmişdir ki, idmançılarımız birinci Avropa Oyunlarında çıxış üçün tam hazırdırlar. 

Sonra qonaqlar digər idman növləri üzrə, o cümlədən uşaq paralimpiyaçı idmançıları ilə görüşərək onlara uğurlar arzulamışlar. Paralimpiyacilar onlara peşəkar idmanla məşgul olmaq ücün gözəl şərait yaratıgına görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013