Xəbərlər
Paralimpiyacılarımızdan Moskvada futbol yarişında iştitak edecek komandamıza dəstək.
2015-06-07

07 iyun 2015-ci il tarixində Rusiyanın paytaxtı Moskvada 30 ölkə səfirliklərininin nümayyəndəlikləri arasında mini futbol üzrə III Moskva Spartakiyadsı keçirilmişdir. Azərbaycan komandasını Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin rektoru, həmyerlimiz Vaqif Bayramovun başçılıq etdiyi komanda təmsil etmişdir. Keçirilər turnirdə Azərbaycan komandası 2-ci yerin sahibi olmuşdur. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, "Bakı 2015 Avropa Oyunları"nın Təşkilat Komitəsinin Dəstəyi ilə bu turnirdə iştirak edən idmançılarımıza "Bakı 2015 Avropa Oyunları"nın rəmzi ilə xüsusi hazırlanmış idman paltarları, hədiyyələr və azarkeşlər üçün suvenirlər göndərmişdir. ARMPK-nın şöbə müdiri Kamal Məmmədov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov adından idmançılara hədiyyələri təqdim etmiş və komandanın kaptanı, Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin rektoru Vaqif Bayramovu təbrik etmişdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013