Xəbərlər
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempeli ilə görüş
2015-06-25

25 iyun 2015-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Almaniya Federativ Respublikasının Azərbaycandakı   səfiri xanım Haydrun Tempeli və Alman Bundestaqının millət vəkilləri  Dr. André Hahn və Eberhard Giengeri qəbul etmişdir.

 Görüş zamanı cənab İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin yaranma tarixindən bu günə qədər Respublikada Paralimpiya hərəkatının inkişafı və genişlənməsi, yeni idman növlərinin yaradılması, "Bakı 2015" Avropa Oyunlarında Paralimpiya Komitəsinin rolu, AMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsinin təsis edilməsi, beynəlxalq idman yarışlarında İdmançıların əldə etdikləri nailiyyətlər, beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaş təşkilatlarla əməkdaşlıq və paralimpiya dəyərlərinin əhaliyə çatdırılması məqsədi ilə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi. İlqar Rəhimov qeyd etdi ki, bütün bu görülmüş işlər və əldə etdiyimiz nailiyyətlər ölkə başçısı, cənab Prezident İlham Əliyevin idmana və paralimpiya hərəkatına olan dəstək və qayğısının nəticəsidir. 

Almaniya Federativ Respublikasının Azərbaycandakı   səfiri xanım Haydrun Tempeli Azərbaycanda keçirilən "Bakı 2015" Avropa Oyunlarının təşkilini və keçirilməsini yüksək dəyərləndirərək Almaniyanın Azərbaycandakı səfiri kimi öz adından və Almaniya xalqı adından Dövlət Rəhbəri cənab İlham Əliyeva, H.Əliyev fondunun prezidenti  Xanım Mehriban Əliyevaya və oyunların təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlıq bildirdi. O, həmçinin bildirdi ki, Almaniyanı təmsil edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə çox razıdırlar. 

 

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013