Xəbərlər
Beynəlxalq Paralmpiya Komitəsinin vitse-prezidenti paralimpiyaçı cüdocularla görüşdü.
2015-06-25

İyunun 15-də Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti Endrü Parsons və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov birinci Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçularla və onların məşqçiləri ilə görüşmüşlər. Görüşdə İlqar Rəhimov "Bakı 2015" birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək qeyd etmişdir ki, keçirilən oyun tarixi hadisədir və oyunların yüksək seviyyədə keçirilməsi üçün qısa müddət ərzində xeyli işlər görülmüşdür. Bütün işlər ölkə başçısı cənab İlham Əliyevin və "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın birbaşa nəzarətində olmuşdur. Ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına, o cümlədən paralimpiya hərəkatına böyük dəstək verilir. Məhz bunun təzahürüdür ki, ilk dəfə Bakıda keçirlən Avropa Oyunlarına Paralimpiyaçı cüdoçuların da iştirakı əlavə edilmişdir. Buna görə "Bakı 2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk.
E.Parsons çıxış edərək idmançı və məşqçləri Beynəlxalq Paralimpiya Komtəsinin prezidenti ser Fill Kreven adından salamlayaraq onlara uğurlar arzuladı. O, qeyd etdi ki, birinci Avropa oyunlarının Bakıda keçirilməsi və qısa müddət ərzində beynəlxalq standartlara cavab verən obyekylərin tikilməsi və yenidən qurulması Azərbaycanın sürətli inkişafından xeber verir.

Birinci Avropa Oyunlarında Paralimpiyaçı idmançıların iştirakı barədə Beynəlxalq Paralimpiya Komitasinin təklifinə müsbət cavab verdiklərinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərliyi adından minnətdarliğımızı bildiririk. Hamımız şahidi olduq ki,oyunlara hazırlıq ərəfəsində keçirilən bütün tədbirlərdə Azərbaycan paralimpiyaçılarının iştrakı təmin edilmişdir. Xüsusən açılış mərasimində məşəlin stadiona gətirilməsinin Pralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyevə həvalə olunması Azərbaycanda ölkə başçısının paralimpiya dəyərlərinə verdiyi yüksək diqqət və qayğını əks etdirən bir hadisədir. Bu bizi cox sevindirir və bunun nəticəsidir ki, Azərbaycanda paralimpiya hərəkatı sürətlə inkişaf edir və onun beynəlxalq səviyyədə öz çəkisi vardır.
Görüşdə iştirak edən idmançı və məşqçilər oyunların cox yüksək səviyyədə hazırlandığını, onlar üçün yaxşı şəraitin yaradıldığını və daima onlara diqqətlə yanaşıldığını bildirdilər.
E.Parsons və İ.Rəhimov idmançılara uğurlar arzuladılar.
Qeyd edək ki, iyunun 26-da 10 ölkədən olan 18 nəfər paralimpiyaçı cüdoçu yarışlara qatılacaqlar

 

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013